Edamına saatlar qalmış qərar dəyişdirildi

Edamına saatlar qalmış qərar dəyişdirildi ABŞ-da 1999-cu ildə cinayətə görə həbs edilən və barəsində ölüm hökmü çıxarılan Julius Jonesin edamına saatlar qalmış qərar dəyişdirilib.
Bu barədə qərarı Oklahoma ştatının qubernatoru Kevin Stitt verib.
Qərara əsasən, edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.
Məsələ burasındadır ki, həyatının yarıdan çoxunu həbsdə keçirən Juliusun əfv edilməsi üçün ciddi kampaniyalar aparılıb. Onun əslində irqçiliyin qurbanı olduğu düşünülüb. Bu kampaniyaya bir sıra məşhurlar da qoşulub və Juliusun əfv edilməsi üçün 6 milyon imza toplanaraq Kevin Stittə təqdim edilib.
Qeyd edək ki, o, 1999-cü ildə 45 yaşlı Paul Hovelin öldürülməsinə görə həbs edilib. 41 yaşlı məhkum isə indiyədək özünü təqsirli bilməyib. Julius Jones bu gün yerli vaxtla 16:30-da edam edilməli idi. Yeni qərar isə 13:20-də açıqlanıb.

Tehsil-press.az



Oxşar xəbərlər