Saakaşvili hərbi hospitala köçürülməyə razılıq verdi

Saakaşvili hərbi hospitala köçürülməyə razılıq verdi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisidəki həbsxana xəstəxanasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə razılıq verib.
Bunu Saakaşvilinin vəkili Nika Qvaramiya deyib.
“Saakaşvili Qoridəki xəstəxanaya köçürülməyə razıdır və klinikaya yerləşdirildikdən sonra aclıq aksiyasına son verəcək. Bilirik ki, bu xəstəxana yüksək tibbi avadanlıqlarla təchiz olunub. Vəkillər, şura üzvləri və müstəqil tibbi ekspertlər klinikanı müayinə etmək üçün bu gün Qoriyə yola düşəcəklər”, - deyə Qvaramiya bildirib.
Daha sonra o, Saakaşvilinin məktubunu oxuyub:
“Xəstəxanaya yerləşdirildikdən dərhal sonra aclıq aksiyasını dayandırmağa hazıram. Ancaq bir gün də olsun, qanunsuz həbsimlə barışmayacağam. Mən, Mixail Saakaşvşili, özümü və tarixi həqiqətimizi müdafiə etmək üçün xüsusi yaradılmış, lakin ədalətli məhkəmə qarşısına çıxmağa hazıram”.

Tehsil-press.az


Oxşar xəbərlər