Ukrayna Baş Prokurorluğu Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini axtarışa verib.
Bu barədə Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan “Twitter” səhifəsində yazıb.
“Saakaşvili axtarışa verilib. Axtarış işləri Ukrayna polisinin və Ukrayna Təhlükəsizlik Xidmətinin operativ bölmələrinə tapşırılıb”, - deyə Sarqan bildirib.
Qeyd edək ki, ötən gün Saakaşvilinin Kiyevdə yaşadığı evə basqın edilib. Buna görə sabiq prezident yaşadığı binanın damına çıxaraq intihar edəcəyini deyib. Əraziyə cəlb olunan xüsusi xidmət orqanlarının əməkdaşları Saakaşvilini saxlasalar da, onun tərəfdarları eks-prezidenti azad ediblər.
Ondan sonra baş prokuror Yuri Lutsenko M.Saakaşviliyə istintaqa təslim olmaq üçün 24 saat vaxt vermişdi.
Bu gün səhər saat 6 radələrində isə Ukrayna hüquq-mühafizə orqanlarının qüvvələi Kiyevdə Ali Radadanın qarşısında Mixail Saakaşvilinin tərəfdarlarının qurduqları çadır düşərgəsinə basqın edib. Lakin toqquşmalardan sonra geri çəkilib və Saakaşvilini tapa bilməyib.
Tehsil-press.az