Saakaşvilinin huşunu itirməsinə görə aksiya keçiriləcək

Saakaşvilinin huşunu itirməsinə görə aksiya keçiriləcək Gürcüstanda “Vahid Milli Hərəkat” partiyasının rəhbəri Nika Meliya tərəfdarlarını Tbilisinin mərkəzində etiraz aksiyası keçirməyə çağırıb.
Müxalifət partiyası ölkənin eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin pisləşməsindən sonra bu qərara gəlib.
Bildirilir ki, partiya rəhbəri tərəfdarlarını 19 noyabr saat 15:00-da Tbilisidə Respublika Meydanına toplaşmağa çağırıb. Bu, təkcə şəhərin mərkəzində nəzərdə tutulan kiçik aksiya yox, rayon sakinlərinin iştirakı ilə irimiqyaslı aksiya olacaq.
Partiya 49 gün əvvəl aclıq aksiyasına başlayan Saakaşvilinin mülki klinikaya köçürülməsini tələb edir.
Qeyd edək ki, eks-prezident hazırda Tbilisidəki 18 saylı Qldani həbsxanasının xəstəxanasının reanimasiya şöbəsindədir.

Tehsil-press.az

Oxşar xəbərlər