Saakaşvili insanların adlarını xatırlaya bilmir

Saakaşvili insanların adlarını xatırlaya bilmir Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilidə yaddaş pozğunluğu yaranmağa başlayıb.
“Mixail Saakaşvili artıq özünü çox pis hiss edir. Bu artıq fiziki cəhətdən də müşahidə olunur. Onun ünsiyyət problemi yaranıb və yaddaşında ciddi pozğunluqlar var. Saakaşvili insanların adlarını xatırlaya bilmir. Hələlik mənim adımı xatırlayır, ancaq söhbət əsnasında məlum oldu ki, dostlarının bir neçəsinin adını xatırlamır”, - deyə eks-prezidentin vəkili bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər