Azərbaycanla Tacikistan arasında elm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Tacikistan arasında elm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin Milli Elmlər Akademiyasının prezidenti Fərhad Rəhimi ilə görüşüb.
Görüşdə F.Rəhimi Azərbaycan-Tacikistan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, akademiyanın humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri ilə Azərbaycanın elmi qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bunun üçün elmi potensialın mövcud olduğunu qeyd edib.
Səfir Azərbaycan və Tacikistan arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini önə çəkərək iki ölkə arasında siyasi, tarixi, elmi əlaqələrin perspektivindən söz açıb. Elm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran səfir iki dost ölkənin elmi-tədqiqat müəssisələri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Görüşdə hər iki ölkədəki tədqiqatçıların potensialı, qarşılıqlı təcrübə mübadiləsi imkanları, birgə layihələrdə iştirak üçün tədqiqatçı qrupların yaradılması, o cümlədən beynəlxalq elmi forumlarda iştirak və digər maraq doğuran məsələlər müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər