Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ilə görüşüb.
Görüşdə iki qardaş ölkə arasında çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunulub. Ölkə başçıları və nazirlər səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin daha da inkişaf etməsinə töhfəsi vurğulanıb.
Tərəflər təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, tələbə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Peçə təhsili sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Birgə elmi araşdırmaların vacibliyi vurğulanıb. Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər