İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 379 nəfər qeydiyyatdan keçib

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 379 nəfər qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
İmtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:45-dək imtahanda iştirak etmək üçün 379 (BA - 84, BB - 295) nəfər qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər