Dövlət qulluğunda inzibati vəzifələr üzrə imtahanda iştirak üçün 1442 namizəd qeydiyyatdan keçib

Dövlət qulluğunda inzibati vəzifələr üzrə imtahanda iştirak üçün 1442 namizəd qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə də test imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 446, BB qrupu üzrə 996, ümumilikdə isə 1442 namizəd qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində təşkil olunacaq.
Qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər