Bakı Dövlət Universitetində (BDU) “Əmək bazarında yeni çağırışlar və perspektivlər” mövzusunda onlayn vebinar keçirilib.
Vebinarda Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatların ölkəmizin bu sahədə də reytinqinin getdikcə artmasına şərait yaratdığı vurğulanıb, dövlət başçısı tərəfindən müvafiq sahədə həyata keçirilən islahatların əhəmiyyəti diqqətə çatdırılıb.
Eyni zamanda, universitetdə əmək bazarında yeni çağırışlara həsr olunmuş təlimlərin keçirildiyi qeyd edilib.
Sonra mövzu ətrafında Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişaf departamentinin müdiri Elman Sadıqov, “PAŞA Sığorta” ASC-nin İnsan resursları şöbəsinin baş mütəxəssisi Elgün Qurbanov, 294 nömrəli məktəbin müəllimi, Təhsil Nazirliyinin V qrant müsabiqəsinin layihə qalibi Gülnar İsmayılova “Gənclərin uğurlu karyera yolu” mövzusunda interaktiv təqdimatla çıxış ediblər.
Çıxışlarda ötən dövrdə əmək bazarında özünü göstərən proseslərdən bəhs edilib, bu kontekstdə məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyi bildirilib.
Vebinarda milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin əmək bazarında inkişaf meyillərini stimullaşdırmağa yönəldiyi qeyd olunub.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az