“Bir müəllim - bir tələbə” debatı

“Bir müəllim - bir tələbə” debatı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Təhsil prosesi iştirakçılarının motivasiyasının artırılması” tədbirləri çərçivəsində “Bir müəllim - bir tələbə” debatı təşkil olunub.
Debatda İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Zeynəb Qiyasova ilə Maliyyə və mühasibatlıq fakültəsinin III kurs tələbəsi Sevinc Ağayeva “Əmək bazarında effektiv məşğulluq məsələləri: təcrübə önəmlidir yoxsa ixtisas bilikləri yetər?!” mövzusunda fikir mübadiləsi aparıblar.
Debatın müzakirələrində çıxış edən UNEC-in baş müəllimi Ceyhun Hacıyev tələbələrə əmək bazarında layiqli yer tutmaq üçün tövsiyələr verib.
Qeyd edək ki, bir müəllim və bir tələbə formatında debatlar mütəmadi olaraq bütün fakültələrdə keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər