“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın fəaliyyəti müzakirə olunub

“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın fəaliyyəti müzakirə olunub Sentyabrın 29-da Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib.
Daimi Şuranın sədri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və bu sahədə həyata keçirilən islahatların, o cümlədən əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı aparılmasının vacibliyini vurğulayıb. O, Daimi Şuranın yaranmasının və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib.
İclasda şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.
Qeyd edək ki, təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatında mühüm rolunu nəzərə alaraq, aparılan islahatların səmərəliliyinin və nəticəyönümlülüyünün artırılması, təhsilin bütün pillələrində əmək bazarına uyğun rəqabət qabiliyyətli kadr hazırlığının təmin olunması sahəsində təklif və tövsiyələrin verilməsi məqsədilə Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şura yaradılıb.
Daimi Şurada müvafiq nazirliklərin, aparıcı ali təhsil müəssisələrinin, ictimai təşkilatların, özəl sektorun nümayəndələri, müstəqil ekspertlər fəaliyyət göstərirlər.

Təhsil-press.az

Oxşar xəbərlər