Maqdalena Andersson yenidən İsveçin Baş naziri seçilib.
Yeni Baş nazir 175 səs çoxluğu ilə İsveç parlamenti (Riksdaqda) deputatları tərəfindən seçilib.
Lakin yeni Baş nazir son 15 ildə yalnız Sosial Demokratlar partiyasının olduğu birpartiyalı hökuməti idarə edən ilk partiya lideri olacaq.
Xatırladaq ki, noyabrın 24-də İsveçin siyasi həyatında bir neçə əlamətdar hadisə baş verib. Birincisi, Maqdalena Andersson İsveç tarixində Baş nazir vəzifəsinə seçilən ilk qadın olub.
Daha sonra həmin gün Riksdaqda ölkənin gələnilki büdcəsi ilə bağlı səsvermə keçirilib və burada sağçı müxalifətin layihəsi qalib gəlib. Həmin an hökumət koalisiyasına daxil olan Yaşıllar Partiyası buna cavab olaraq, sağçı partiyalarla razılaşdırılmış büdcə ilə ölkəni idarə etməyi təsəvvür edə bilmədiklərini əsas gətirərək, hökuməti tərk etdiklərini açıqlayıb.
Yaşıllar Partiyasının addımı öz növbəsində bütün qırmızı-yaşıl hökumət koalisiyasının dağılmasına səbəb olub. Bu hadisələr nəticəsində cəmi 7 saat bu koalisiyadan Baş nazir kimi fəaliyyət göstərən Maqdalena Andersson yeni vəzifəsindən noyabr ayının 24-ü axşam istefa verib.
Tehsil-press.az