İşğalçı Ermənistanda baş nazir Serj Sarkisyandan sonra daha bir nazir istefa verib.
Mədəniyyət naziri Armen Amiryan tutduğu postdan ayrılıb.
O, istefa etdikdən sonra müxalifətin mitinqinə qoşulmaq üçün Respublika meydanına gedib.
Qeyd edək ki, dünən Nikol Paşinyan parlamentdə keçirilən səsvermədə baş nazir seçilmədiyi üçün xalqı yenidən küçələrə çağırmışdı. Mədəniyyət xadimləri də mədəniyyət nazirini etirazçılara qoşulmağa səsləmişdi.
Tehsil-press.az