Dünyanın ən güclü 100 qadını bilindi

Dünyanın ən güclü 100 qadını bilindi “Amazon”un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı, yazıçı Makkenzi Skott “Forbes” jurnalının dünyanın 100 ən güclü qadını siyahısında birinci olub.
Jurnalın Amerika versiyası onu xeyriyyə işlərinə görə siyahıda birinci yerə layiq görüb.
Bundan əvvəl Angela Merkel 10 il ərzində dünyanın ən nüfuzlu qadınları reytinqinə başçılıq edib.
O, Almaniya kansleri vəzifəsindən getdikdən sonra jurnal onu siyahıdan çıxarıb.
“Forbes” reytinqində ikinci yeri ABŞ-ın vitse-prezidenti Kamala Harris tutub.
Onun ardınca Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard və “General Motors”un baş direktoru Meri Barra, həmçinin sahibkar və “Microsoft”un qurucusu Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Qeyts gəlir.
Artıq dördüncü ildir ki, siyahıda Rusiyanın yeganə nümayəndəsi Rusiya Federasiyası Mərkəzi Bankının sədri Elvira Nabiullinadır.
Bu il reytinqdə 57-ci yerdən 60-cı yerə yüksəlib.
Bu il siyahıya 20 yeni sima daxil edilib. Bəziləri hələ də dünyada tanınmır.
Lakin onlar maliyyə, texnologiya, xeyriyyəçilik, şou-biznes və s. sahələrdə çox böyük uğur qazanıblar.

Tehsil-press.az

Oxşar xəbərlər