Əfqanıstanda xarici valyutalar qadağan edildi

Əfqanıstanda xarici valyutalar qadağan edildi Əfqanıstanda xarici valyutaların istifadəsi qadağan edilib.
Bu barədə Əfqanıstan baş nazirinin müavini Əbdül Salam Hənəfi məlumat verib.
O bildirib ki, ölkə əhalisi bundan sonra milli valyutdadan- əfqanidən istifadə etməlidir.
Hənəfi ABŞ dollarının Əfqanıstana qaçaqmalçılıq yolu ilə gətirilməsini pisləyib və bunu cinayət adlandırıb:
“Xaricdən qaçaqmalçılıq yolu ilə ölkəyə dollar keçirənlər “milli satqın” sayılırlar və həbs olunsalar, onlarla da belə davranacaqlar”.

Tehsil-press.az

Oxşar xəbərlər