Əfqanıstan Səhiyyə naziri Firuzuddin Firuz ölkədəki qadınların hər birinin orta hesabla altı uşaq dünyaya gətirdiyini açıqlayıb.
Nazir hazırda dünyada ən yüksək doğum səviyyəsinin Əfqanıstanda olduğunu bildirib.
O, əhalinin hər il 2,3 faiz çoxaldığını və növbəti 24 il ərzində ölkə 60 milyona çatacağını vurğulayıb.
Firuz iqtisadi problemlərin yaşandığını və səhiyyə xidmətlərinin qeyri-kafi olduğu Əfqanıstanda ölkə əhalisinin sürətlə artmasının narahatverici olduğunu dilə gətirib. Nazir doğumların artmasının analar arasındakı ölüm hallarının artmasına səbəb olduğunu qeyd edib.
Qeyd edək ki, 31,5 milyon əhalisi olan Əfqanıstanda 2018-ci ildə bir yaşdan kiçik olan hər min uşaqdan 91-i müxtəlif səbəblərdən dünyasını dəyişib.
Tehsil-press.az