Azərbaycanın təbii qaz ixracı 50 faizə yaxın artıb

Azərbaycanın təbii qaz ixracı 50 faizə yaxın artıb 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 18,256 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,68 faiz çoxdur.
Yanvar-noyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 4,479 milyard dollara yaxın olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox olub.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 22,62 faiz təşkil edib.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər