Azərbaycanın ABŞ-la mənfi ticarət saldosu 18%-dək azalıb

Azərbaycanın ABŞ-la mənfi ticarət saldosu 18%-dək azalıb Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 614,17 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,9% azdır.
2020-ci ilin ilk on bir ayında Azərbaycandan ABŞ-a ixracın həcmi 21,30 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 555,48 mln. dollar və ya 2,5% azdır.
İdxalın həcmi isə 592,87 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 124,05 mln. dollar və ya 17,3% azalıb.
Nəticədə, hesabat dövründə 571,57 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 123,493 mln. dollar və ya 17,8% azdır.

Tehsil-press.az

Oxşar xəbərlər