İşdən çıxanda çalışdığı bankı soydu

İşdən çıxanda çalışdığı bankı soydu Rusiyanın Krasnoyarsk şəhərində Anna Qriqoryeva adlı qadın çalışdığı bankı soyub. Hadisə dekabrın 6-da baş verib.
30 yaşlı qadın iş saatı başa çatandan sonra çantasına 15 milyon rubl (345 min AZN), 49 min dollar (660 min TL) və 49 min avro (750 min TL) dolduraraq işlədiyi bankdan çıxıb.
Təhlükəsizlik kameraları vasitəsilə bankın öz işçisi tərəfindən soyulduğu aşkarlandıqdan sonra, görüntülər polisə təqdim edilib. Ümumilikdə yarım milyon manatdan çox pul oğurlayan qadının ölkədən çıxışına qadağa qoyulmaqla, Annanın axtarışlarına başlanılıb.
Prosesin davamında Anna ilə əlbir olmaqda şübhəli bilinən əri də saxlanılıb. Anası isə qızına zəng edərək təslim olmasını istəyib. Anasının təzyiqlərinə dözə bilməyən qadın, olduğu ünvanı deyib və 15 gün sonra polis tərəfindən saxlanılıb.
Polis evdə axtarış zamanı cəmi 33 min (759 manat) rubl tapıb. Qadın pulları xərclədiyini desə də, bu, hüquq-mühafizə orqanı əməkdaşlarına inandırıcı gəlməyib.

Tehsil-press.az


Oxşar xəbərlər