Ana imtahandan az bal yığan oğlundan imtina etdi

Ana imtahandan az bal yığan oğlundan imtina etdi Çində qadın imtahandan az bal yığan 12 yaşlı oğlundan imtina edib.
Qadın oğlunu yolun ortasında tərk edərək avtomobili ilə uzaqlaşıb. Polis bölməsinə gedən yeniyetmə başına gələnləri danışdıqdan sonra hüquq-mühafizə orqanının əməkdaşları ana ilə əlaqə saxlayıb.
“O, mənə daha lazım deyil. Nə istəyirsiniz edin. İstəyirsiniz məni məhkəməyə verin”, - deyən qadın əməlini etiraf edib. Uşağa dayısı sahib çıxıb.
Məlum olub ki, oğlan imtahandan mümkün 100 baldan 81-ni toplayıb. Anası isə ondan 95 bal gözləyirmiş.

Tehsil-press.az

Oxşar xəbərlər