ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Əfqanıstana humanitar yardım axınını asanlaşdırmaq üçün bu sahədə “Taliban”la iş görən ABŞ və Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmilərini sanksiyalardan azad etmək qərarına gəlib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi yazılı açıqlama verib.
Açıqlamada ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) Əfqanıstan xalqına humanitar yardım və digər dəstək axınını asanlaşdırmaq üçün üç Ümumi Lisenziya verdiyi bildirilib.
Belə ki, ABŞ-ın Əfqanıstan xalqını dəstəkləmək öhdəliyini vurğuladığı və ABŞ hökumətinin ABŞ sanksiyalarından təsirlənən bölgələrə humanitar yardım axını praktikasını davam etdirdiyi qeyd olunub.
Açıqlamada OFAC tərəfindən verilən ümumi lisenziyalar haqqında aşağıdakı məlumatlar verilib:
“Ümumi Lisenziya 17, ABŞ hökumətinin rəsmi işlərinin aparılması üçün müəyyən şərtlərə uyğun olaraq, işçilərə, qrant alanlara və ya podratçılara “Taliban” və ya Haqqani Qrupu ilə əlaqəli bütün əməliyyatları və fəaliyyətləri həyata keçirməyə icazə verir.
Ümumi Lisenziya 18, müəyyən şərtlər daxilində beynəlxalq təşkilatların rəsmi humanitar işlərinin aparılması üçün “Taliban” və ya Haqqani Qrupu ilə əlaqəli bütün əməliyyatlara və fəaliyyətlərə icazə verir.
Ümumi Lisenziya 19, müəyyən şərtlərə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının aşağıdakı fəaliyyətləri üçün adi və zəruri olan “Taliban” və ya Haqqani Qrupu ilə əlaqəli bütün əməliyyatlara və fəaliyyətlərə icazə verir. Əsas insan ehtiyaclarını ödəmək üçün humanitar layihələr, qanunun aliliyi, vətəndaş iştirakı, hökumətin hesabatlılığı və şəffaflığı, insan hüquqları və əsas azadlıqlar, vətəndaş cəmiyyətinin inkişafı layihələrini dəstəkləyən məlumat və fəaliyyətlərə çıxış, təhsil, Əfqanıstan xalqına birbaşa fayda verən qeyri-kommersiya inkişaf layihələri, ətraf mühit və təbii ehtiyatların qorunması".
Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu lisenziyaların humanitar yardımla məhdudlaşdığı, ABŞ-ın “Taliban”a qarşı ümumi sanksiyalarının qüvvədə qalacağı bildirilib.
BMT Təhlükəsizlik Şurasının qətnaməsində Əfqanıstanda humanitar yardım və əsas humanitar ehtiyacları dəstəkləyən fəaliyyətlərin “Taliban”a qarşı sanksiya qərarlarını pozmayacağı və yardımın vaxtında çatdırılması üçün vəsait, maliyyə aktivləri və iqtisadi resurslardan istifadəyə imkan verəcəyi qeyd edilib.
BMT-nin iqtisadiyyatının çökmək üzrə olduğu xəbərdarlığı etdiyi Əfqanıstanda təxminən 24 milyon insanın ərzaq təhlükəsizliyi yoxdur.
Tehsil-press.az