Azərbaycanlı alim “Əlişir Nəvai” qızıl medalına layiq görülüb

Azərbaycanlı alim “Əlişir Nəvai” qızıl medalına layiq görülüb Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri filologiya elmləri doktoru Ramiz Əskərov Qazaxıstanın paytaxtı Nur-Sultanda qızıl medala layiq görülüb.
Ramiz Əskərov Beynəlxalq Türk Akademiyası tərəfindən türk xalq ədəbiyyatının klassiklərinə həsr olunmuş “Şərqin ulduzları” konfransı çərçivəsində türk dünyasında mədəni-ədəbi əlaqələrin möhkəmlənməsinə xidmətlərinə görə “Əlişir Nəvai” qızıl medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, Ramiz Əskərov Abay Kunanbayev və Əlişir Nəvainin seçilmiş əsərlərini, “Kız Jibek” dastanını, Mağcan Cumabayın 2 əsərini Azərbaycan dilinə tərcümə edib.

Tehsil-press.az



Oxşar xəbərlər