Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə xaricdə təhsil imkanları təqdim edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə xaricdə təhsil imkanları təqdim edilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Unibroad International” təhsil mərkəzi tərəfindən tələbələrə xarici universitetlərdə təhsil almaq üçün ödənişsiz qeydiyyatdan keçmək və universitet seçimində diqqət edilməli məqamlar barədə təqdimat keçirilib.
Tədbirdə Mərkəzin rəhbəri İradə Həsənova “Unibroad International” platforması barədə məlumat verib, onlara ödənişsiz olaraq qeydiyyatdan keçmək və istədikləri xarici universitetdə təhsil almaq imkanlarından danışıb. Həmçinin bildirilib ki, “Uniborad International” dünyanın 226 universiteti ilə rəsmi partnyorluq edir və platformada 20400 təhsil proqramı təmsil olunur.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər