Tələbələrə fərdi inkişafla bağlı təlim keçirilib

Tələbələrə fərdi inkişafla bağlı təlim keçirilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə onlayn təlim keçirilib.
Təlimdə sosial araşdırmaçı, “ORKHANWAY” sosial sahibkarlıq platformasının rəhbəri Orxan Şahbaz tələbələrə təqdimat bacarığı, motivasiya, müxtəlif iş şəraitində və təqdimat zamanı stresslərin idarə olunması barədə vacib məqamlardan danışıb. Təlimdə, həmçinin natiqlik bacarığı və fərdi inkişafla bağlı məsləhətlər verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər