UNEC-in tələbələri Rusiyanın Ali İqtisad Məktəbində təhsil almaq imkanı əldə edəcəklər

UNEC-in tələbələri Rusiyanın Ali İqtisad Məktəbində təhsil almaq imkanı əldə edəcəklər Rusiyanın Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbi (AİM) martın 23-dən 25-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Tələbə Olimpiadası keçirəcək.
Olimpiadanın qalibləri Milli Tədqiqat Universitetinin Ali İqtisad Məktəbinin magistr proqramında ödənişsiz təhsil almaq imkanı əldə edəcəklər.
Olimpiadada üçüncü və dördüncü kurs tələbələri ilə yanaşı, magistrlər də iştirak edə bilərlər. Qeydiyyat olimpiadanın http://olymp.hse.ru/ma internet ünvanında martın 12-dək davam edəcək.
Olimpiadada iştirak sərbəst və ödənişsizdir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər