Ali Baş Komandan İlham Əliyevin 60 illik yubleyini Şuşada qeyd etməsi tarixi hadisədir - ŞƏRH

Ali Baş Komandan İlham Əliyevin 60 illik yubleyini Şuşada qeyd etməsi tarixi hadisədir - ŞƏRH Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 60 illik yubleyində Şuşaya səfər etdi və oradan xalqa müraciət etdi. İndiyə qədər ad günlərini məcburi köçkünlərlə qeyd edən Prezidentimizin 60 illik yubleyində 30 illik işğaldan azad edilən Şuşaya səfər etməsi tarixi bir hadisə oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya dünənki səfər digər səfərlərdən fərqli idi:
“Dünən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 60 illik yubleyi idi. İndiyə qədər cənab Prezidentin öz doğum günlərini məcburi köçkünlərlə birgə qeyd etdiyini görmüşük. Ancaq 24 dekabrda fərqli bir mənzərə yaşandı. Cənab Prezidentimiz dünən Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni Komando hərbi hissəsinin açılışında iştirak etdi və daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etdi.
Əlbəttə bu səfərin çox cavib və tarixi əhəmiyyəti var. Azərbaycan torpaqları 44 günlük vətən müharibəsində tarixi Zəfər nəticəsində düşməndən azad edildi və bu torpaqların əsl sahibləri geri qayıdıblar. İndi bu ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir. Rəşadətli ordumuz Vətən müharibəsində qəhrəmanlıq göstərərək düşmən ordusunu darmadağn etdi, erməni faşizminə son qoydu. Bu baxımdan Cənab Prezidentin 60 illik yubleyində həmin ərazilərə getməsi tarixi bir hadisədir”, - deyə deputat qeyd edib.
O vurğulayıb ki, artıq torpaqlarımız işğaldan azad edilib, öz doğma yurdlarından didərgin düşən soydaşlarımız azad edilmiş ərazilərimizə, öz dədə-baba yurdlarına qayıdacaqlar:
“Bunun üçün cənab Prezidentin rəhbərliyi ilə bu ərazilərdə nəhəng bərpa və yenidənqurma işləri həyata keçirilir. Artıq Azərbaycan dövləti qalib dövlətdir və heç şübhəsiz ki, xalqımızı bu qələbəyə aparan cənab Prezident İlham Əliyevin düzgün siyasəti və strategiyası, qətiyyəti, siyasi iradəsi, diplomatik məharəti, təzyiqlərə sinə gələrək bacarığıdır.
Şuşa Azərbaycan üçün böyük məna daşıyır. Ulu öndər Heydər Əliyev də hər zaman deyirdi ki, biz Şuşaya qayıdacağıq. Ulu öndər işğal altında olan hər bir şəhərimizin adını çəkirdi və inanırdı ki, biz o ərazilərə qayıdacağıq. Əlbəttə ki, Vətən müharibəsində tarixi qələbənin zirvəsi Şuşanın işğaldan azad edilməsi idi. Ulu öndərimiz Şuşada çox böyük işlər görmüşdü, orada mədəniyyətimizin inkişafı ilə bağlı bir çox tədbirlər reallaşdırmışdı. Ata vəsiyyətini yerinə yetirərək Şuşanı azad edən Cənab Prezidentimiz 60 illik yubleyini də məhz Şuşada keçirdi. Bu baxımdan Ali Baş Komandanımızın budəfəki Şuşa səfəri xüsusi əhəmiyyət daşıyırdı”, - deyə deputat qeyd edib.
Prezident İlham Əliyevin öz ad gününü, 60 illik yubileyini doğma Qarabağda qeyd etməsi əslində həm də simvolik anlam kəsb edir:
“Cənab Prezident İlham Əliyev bu addımı ilə növbəti dəfə sübut və təsdiq etdi ki, onun üçün ən xoş günlərin rəmzi doğma Qarabağa, əzəli torpaqlarımıza, Şuşa kimi mədəniyyət ocağına qovuşmaqla tamamlanır. Cənab İlham Əliyev öz xoşbətliyini bütün Azərbaycanın xoşbəxtliyində görür. Həmin xoşbəxtliyin ən kuliminasion nöqtəsi və ünvanı isə artıq rahat nəfəs alan Şuşamızdır, Laçınımızdır, Kəlbəcərimizdir, Ağdamımızdır, işğaldan azad olunan digər rayonlarımızdır”, - deyə deputat bildirib.
O qeyd edib ki, hələ doğma Qarabağ torpaqları düşmənin zəbtində olarkən də ölkə başçısı özəl gününü qaçqın və məcburi köçkünlərin əhatəsində keçirirdi:
“Hər dəfəsində də aydın mesaj verirdi ki, bu durum müvəqqətidir, biz işğal faktı ilə barışmayacayıq və əzəli torpaqlarımızı nəyin bahasına olursa olsun işğaldan azad edəcəyik. Möhtərəm Prezident İlham Əliyev dedi və vədinə əməl etdi, Azərbaycanı öz bütövlüyünə qovuşdurdu, Prezident, Ali Baş Komandan kimi üzərinə düşən ən böyük missiyanı ləyaqətlə yerinə yetirdi.
İndi artıq İlham Əliyev həmin torpaqlara qalib Lider kimi gedir. Gedir və hətta ad gününü də bu müqəddəs torpaqlarda qeyd edir. Mənzərə, tablo, görüntü həqiqətən qürurvericidir. Tanrı Prezidentimizi, ordumuzu və xalqımızı qorusun. Qalibiyyətlərimiz, qələbələrimiz daimi olsun”, - deyə E.Musayev vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər