Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri immunitet sistemini gücləndirməyə kömək edən, həmçinin orqanizmin xəstəliklərə daha asan dözməsinə və daha tez sağalmasına imkan verən beş ən vacib məhsulun adlarını aşıqlayıblar.
İlk növbədə insanın immun sistemini aktiv saxlamaqda və infeksiyalara qarşı mübarizədə sitrus meyvələri köməklik edir. Brokkoli A, C, E vitaminləri, həmçinin antioksidantlarla zəngindir. Sarımsaqda böyük miqdarda kükürd birləşmələri var. Bu, xəstələnmə ehtimalını azaltmağa kömək edir.
Bundan əlavə, zəncəfil iltihab əleyhinə xüsusiyyətlərə malikdir və ondan hazırlanmış çay boğaz ağrısını aradan qaldırmağa kömək edir. Nəhayət, mütəxəssislər toyuq ətini B6 vitamini mənbəyi kimi məsləhət görürlər. Bildirilir ki, bu məhsul, bədənin daha sürətli bərpasına kömək edən protein mənbəyidir.
Tehsil-press.az