SIZIN MARAQ DÜNYANIZ

SIZIN MARAQ DÜNYANIZ
Bu ədviyyatın insana inanılmaz faydaları var

Darçın hələ qədim zamanlardan xalq təbabətində də geniş istifadə olunub. Bu ədviyyat darçın ağacının qurudulmuş budaqlarından hazırlanır. Orqanizm üçün saysız faydaları olan darçın sözün əsl mənasında bir çox xəstəliklərə qənim kəsilən ədviyyatdır. Onun ən faydalı xüsusiyyətlərindən biri qanda şəkəri tənzimləməsidir. Darçın qanda xolesterinin səviyyəsini aşağı salaraq ateroskleroz, miokard infarkt, iflic ehtimalını azaldır.

SIZIN MARAQ DÜNYANIZ

Damarları genişləndirməklə beyinin fəaliyyətini yaxşılaşdırır. Bağırsaq iltihablarına qarşı mübarizə aparır, orqanizmin toksinlərdən təmizləməsinə kömək edir. Həmçinin qaraciyər və öd kisəsinin fəaliyyətini normallaşdırır. Qəbzlikdən əziyyət çəkənlər üçün də darçın xeyirlidir. Mədə ağrılarını aradan qaldırır.
Bədənin müqavimətini artıraraq orqanizmin immun sistemini gücləndirir. Bundan əlavə, qadınlarda menstrual ağrı zamanı müsbət təsir göstərir. Ağızdan pis qoxunu götürür. Qan xərçəngi xəstəliklərinin profilaktikası üçün darçın ən yaxşı vasitələrdən biridir.

Sarımsaq iyini aradan qaldırmaq olar?

Mütəxəssislər sarımsaqlı yeməkləri sevənlər üçün onun qoxusunu aradan qaldırmaq yolunu müəyyən ediblər.
ABŞ-ın Ohayo ştatında yerləşən Ohayo Dövlət Universitetinin alimləri sarımsaq qoxusunu aradan qaldırmağın yolunu tapıb. Universitetin nəzdində fəaliyyət göstərən Qida Texnoloqları İnstitutunun (İnstitute of Food Technologist, ift) apardığı və ötən günlərdə “Qida elmi” jurnalında nəşr olunan araşdırmaya görə, sarımsaqlı bir yeməkdən sonra tam yağlı, ya da yağsız süd içilməsi iyin itməsini təmin edir.

SIZIN MARAQ DÜNYANIZ

Araşdırmaya görə, yüksək yağ nisbəti səbəbindən tam yağlı süd yağsız südlə müqayisədə daha təsirli olur. Mütəxəssislər iddia edir ki, yeməkdən sonradansa, yemək əsnasında süd istehlak etmək daha yaxşı nəticələr verir.
Xatırladaq ki, sarımsaq maqnezium, B6, C vitaminləri və selenium baxımından olduqca zəngindir və sağlamlığa çox faydası var. Ayrıca, bol miqdarda kükürd komponenti ehtiva edən sarımsaq xoşagəlməz iylə yanaşı yeməklərə gözəl qoxu və dad verir.

Şaftalının faydaları

Qoxusu, dadı, görünüşü ilə çox sevilən şaftalının özündən böyük faydaları olduğunu bilirsinizmi? A, B, C eləcə də kalium baxımından olduqca zəngin bir meyvədir. Ürək və xərçəng xəstəliyinə qarşı qoruyucudur. Eyni zamanda həzmi asanlaşır. Bundan başqa, kalsium, maqnezium, natrium, fol turşusu, dəmir və fosfor ehtiva edir. Böyrəklərin və öd kisəsinin nizamlı işini təmin edir.

SIZIN MARAQ DÜNYANIZ

Sinir sisteminə müsbət təsir edir və yuxusuzluğu aradan qaldırır. Ağız qoxusunu götürür və bağırsaq qurdlarını çürüdür. Qanı təmizləyir, qanda olan digər xəstəliklərə qarşı təsirlidir. Babasil şikayətlərini aradan qaldırır. Şaftalı çiçəklərinin qəbizliyi aradan götürdüyü və bağırsaq soxulcanlarını saldığı da məlumdur.



Tehsil-press.az

Oxşar xəbərlər