Özbəkistan Əfqanıstana 100 milyon dollar dəyərində elektrik enerjisi satacaq

Özbəkistan Əfqanıstana 100 milyon dollar dəyərində elektrik enerjisi satacaq Bu il Özbəkistandan Əfqanıstana 100 milyon dollar dəyərində 2 milyard kVt/s elektrik enerjisi satılması ilə bağlı müqavilə imzalanıb.
Yeni ilin ilk günlərində iki gün çəkən danışıqlarda “Surxan-Puli Xumri” elektrik xəttinin çəkilməsi məsələləri də müzakirə edilib.
Əfqan tərəfi elektrik xəttinin tezləşdirilməsində maraqlı olduğunu bildirib, xəttin tikintisi zamanı təhlükəsizliyə təminat verib.
Qeyd olunub ki, Özbəkistan Əfqanıstana enerji satan əsas tərəfdaşlardan biridir. Əfqanıstanda elektrik enerjisinə tələbat çox olduğuna görə gələcəkdə Özbəkistandan bu ölkəyə satılan elektrik enerjisinin həcminin artırılması nəzərdə tutulur.
Xatırladırıq ki, Mərkəzi Asiyanın vahid enerji sistemi ancaq Özbəkistan vasitəsi ilə Əfqanıstanın enerji sisteminə qoşulub. Özbəkistan 2002-ci ildən Əfqanıstana elektrik enenrjisi satır. Əgər həmin ildə Əfqanıstana 63 kVt/s elektrik enerjisi satılırdısa, hazırda bu rəqəm 220 kVt/s-dir.

Tehsil-press.az



Oxşar xəbərlər