Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edildi Dağıstanın Buynak rayonunun ayrı-ayrı ərazilərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Bu barədə TASS-a respublikanın Operativ Qərargahından bildirilib.
“Buynak rayonunun ayrı-ayrı ərazilərində 10 sentyabr 2021-ci il saat 04:55-dən etibarən antiterror əməliyyatının hüquqi rejiminin tətbiqi barədə qərar qəbul edilib”, - həmsöhbət deyib.
Onun sözlərinə görə, rejim zamanı bəzi məhdudiyyətlər tətbiq olunacaq: pasport nəzarəti, avtomobil nəqliyyatına baxış və s.
TASS-ın Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, rayonda yaraqlıların mümkün hərəkət və yeri haqqında operativ məlumatın işlənməsi gedir.

Tehsil-press.az

Oxşar xəbərlər