Xəzər Universitetində beynəlxalq tələbə elmi konfransı keçiriləcək

Xəzər Universitetində beynəlxalq tələbə elmi konfransı keçiriləcək Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə beynəlxalq tələbə elmi konfransı keçiriləcək.
Konfransın məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarının tələbə, magistrant və doktorantlarını bir araya gətirmək, elmi nailiyyətləri və təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər