Xəzər Universitetində “Humanitar elmlər: dünən, bu gün və sabah” mövzusunda konfrans

Xəzər Universitetində “Humanitar elmlər: dünən, bu gün və sabah” mövzusunda konfrans Xəzər Universitetində “Humanitar elmlər: dünən, bu gün və sabah” mövzusunda tələbə elmi konfransı keçirilib.
Açılış mərasimində çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı respublikamızın müxtəlif ali məktəblərində təhsil alan tələbələrin bir araya gəlməsi, onların fikir mübadiləsi aparması üçün belə tədbirlərin əhəmiyyətini qeyd edib. O, bugünkü gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı olduğunu vurğulayıb, tələbələrin elmi tədqiqata həvəsini yüksək dəyərləndirib.
Universitetin rektoru, dosent İradə Xəlilova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, dosent Elza Səmədova çıxış edərək, elmi konfransların keçirilməsinin tələbələrin mütəxəssis kimi yetişmələrində mühüm rol oynadığını, gənclərin elmi tədqiqatlarının praktiki baxımdan ortaya qoyulması, onların tədqiqatçı kimi bacarıq və vərdişlərinin formalaşmasına müsbət təsir göstərdiyini vurğulayıblar.
Sonra konfrans bölmələrlə davam edib. Tədbirdə Xəzər Universiteti ilə yanaşı, Azərbaycanın müxtəlif təhsil ocaqlarından, o cümlədən, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən gələn tələbələr iştirak ediblər.
Tələbələr 4 bölmə üzrə müxtəlif mövzularda 65 tezis təqdim ediblər. Tələbə elmi konfransında maraqlı tezislərlə çıxış edən gənc tədqiqatçılar Xəzər Universitetinin rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olunublar.
Konfrans bədii hissə ilə yekunlaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər