Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika konfransı keçiriləcək

Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika konfransı keçiriləcək Martın 13-də Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların İKT və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.
Tədbirdə iştirak etmək istəyənlər məqalələrini fevralın 14-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Martın 3-ü məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixidir.
Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat ali məktəbin saytında yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər