"Qarabağdakı rus sülhməramlılarının başına yeni bir komandanın təyin edilməsi normal sıradan bir təyinatdır".
Ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.
Polkovnik bildirib ki, Qarabağdakı Rusiya sülhməramlılarının davranışları beynəlxalq mandatlar çərçivəsində də sülhməramlı davranışı ilə üst-üstə düşmür:
"Bu gün Sülhməramlı Qüvvələrin xidmətinin təşkili heç bir şəkildə onların vəzifə borclarına müvafiq olaraq həyata keçirilmir. Buna görə də bundan sonrakı 4 illik zaman ərzində vəziyyətin tamamilə Azərbaycan Sİlahlı Qüvvələrinin nəzarətinə keçməsi və Sülhməramlı Qüvvələrə heç bir zərurətin qalmaması yönündə gərəkli addımlar atmaq şərtdir və lazımdır.
Sülhməramlıların işğaldan azad olunan ərazilərdə onlara təhkim olunmuş cavabdehlik bölgəsinə qanunsuz səfərlərə imkanın verilməsi, bu, daha çox onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etməsi, ikili standartlarda yanaşmaları və öz səlahiyyətləri çərçivəsində davranmadan üçtərəfli bəyanatın müddəalarını, tələblərini pozması deməkdir. Bundan başqa, beynəlxalq mandatlar çərçivəsində də baxılsa bu, heç bir şəkildə sülhməramlı davranışı ilə üst-üstə düşmür.
Azərbaycan dövlətinin səlahiyyətləri şəxsləri də bu haqda dəfələrlə gərəkli iradlarını bildiriblər. Təbii ki, bu iradlar heç bir şəkildə nəzərə alınmasa və onların öhdəlikləri çərçivəsində qoyulmuş qaydalar pozulmağa davam edərsə, tərəflərdən biri olaraq Azərbaycan ərazilərini Sülhməramlı Qüvvələrin vaxtından əvvəl tərk etməsini də tələb edə bilər".
Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlılarının komandanı vəzifəsini Rüstəm Muradov, Mixail Kosobokov, Gennadiy Anaşkindən sonra general-mayor Andrey Volkov icra edəcək.
Tehsil-press.az