Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanda 2022-2023-cü tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.
Proqram çərçivəsində Macarıstan tərəfindən 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramı kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, səhiyyə elmləri, beynəlxalq münasibətlər, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmlərini əhatə edir. Eyni zamanda, istənilən maraq dairəsi üzrə doktorantura təhsili üçün 25 təqaüd yeri ayrılıb.
Sənəd qəbulu yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Proqram çərçivəsində əlavə məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Tehsil-press.az