Macarıstanda 2022-2023-cü tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.
Təqaüd proqramı Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu 2022-ci il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Proqram çərçivəsində əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
Tehsil-press.az