ACCA imtahanları üçün qeydiyyat başlanıb

ACCA imtahanları üçün qeydiyyat başlanıb ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) imtahanları üçün qeydiyyat başlanıb.
ACCA imtahanları hər həftənin çərşənbə axşamı saat 10.00-dan 13.30-dək və cümə axşamı saat 10.00-dan 18.00-a kimi aparılır.
ACCA imtahanlarında iştirak üçün DİM-in saytında qeydiyyatdan keçmək lazımdır. ACCA maliyyə, mühasibat və bank sahəsində çalışmaq istəyən və bu sahələr üzrə bilik və bacarıqlarını artırmaq istəyən şəxslərə beynəlxalq sertifikat verir.
Xatırladaq ki, DİM-ə ACCA beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin avqust ayında bağlanmış saziş əsasında verilib. ACCA 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır.

Tehsil-press.az


Oxşar xəbərlər