DİM ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası arasında rəsmi tərəfdaşlığa başlanılıb

DİM ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası arasında rəsmi tərəfdaşlığa başlanılıb Əldə edilmiş razılığa əsasən, Dövlət İmtahan Mərkəzinə (DİM) 2020-ci ilin avqust ayından etibarən dünyanın bir çox ölkələrində tanınan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya verilib.
Assosiasiyada 179 ölkədən 544 min tələbə və 227 min üzv qeydiyyatdadır.
ACCA imtahanları beynəlxalq standartlara uyğun olaraq müvafiq sahələrdə kadrların formalaşdırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yerli mütəxəssislərə mühasibatlıq üzrə sertifikatların verilməsi məqsədilə təşkil edilir. Assosiasiya həm özəl, həm də dövlət sektorlarını dəstəkləyir.
Xatırladaq ki, ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin peşəkar mühasiblər olması tələbi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər