ADNSU-nun əməkdaşları “Erasmus+” proqramı barədə məlumatlandırılıb

ADNSU-nun əməkdaşları “Erasmus+” proqramı barədə məlumatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Erasmus+” proqramı haqqında təlim keçirilib.
Təlimdə Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırov proqrama müraciət qaydaları, eləcə də proqramın əsas istiqamətləri, həmçinin yeni layihələr haqqında geniş məlumat verib. Avropa İttifaqı (Aİ) ölkələrinin ali təhsil strukturları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsində “Erasmus+” proqramının və Aİ tərəfindən dəstəklənən digər təhsil proqramlarının imkanlarından səmərəli istifadənin zəruriliyindən danışan P.Bağırov bu istiqamətdə Azərbaycan universitetlərinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib.
İnteraktiv formatda keçirilən tədbirdə iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Erasmus+” proqramı 4 milyon insana təhsil almaq, iş təcrübəsi toplamaq və xarici ölkədə könüllü fəaliyyətlə məşğul olmaq imkanı verir.

Tehsil-press.az


Oxşar xəbərlər