Xəzər Universitetində “Erasmus+” layihələrinin institusional monitorinqi aparılır

Xəzər Universitetində “Erasmus+” layihələrinin institusional monitorinqi aparılır Xəzər Universitetində Avropa Komissiyasının institusional monitorinqi aparılır.
Monitorinq Avropa Komissiyasının və Milli Erasmus ofisinin nümayəndələri tərəfindən həyata keçirilir. Monitorinq nümayəndələri Xəzər Universitetinin rəhbərliyi ilə görüşüb, layihələr haqqında müzakirələr aparıblar.
Qeyd edək ki, institusional monitorinq indiyədək Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilib.
Monitorinqdə Xəzər Universitetinin tərəfdaş olduğu “Erasmus+” layihələrinə yenidən baxılır.. Layihələri həyata keçirən məsul şəxslər bitmiş layihələrin nəticələri və təsirləri, hazırda davam edən layihələrin mövcud vəziyyəti və yeni layihələrin gələcək planları haqqında məlumat verəcəklər. Bu layihələr çərçivəsində əldə edilən avadanlıqlara, yaradılan mərkəzlərə xüsusi baxış keçiriləcək.
Avropa Komissiyasının və Milli Erasmus ofisinin nümayəndələri universitet rəhbərliyi və ali məktəbdə fəaliyyət göstərən bəzi ofis və mərkəzlərin əməkdaşları ilə görüşlər keçirəcək, əməkdaşlıq haqda müzakirələr aparacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər