AzMİU-nun əməkdaşları Erasmus+ proqramı barədə məlumatlandırılıb

AzMİU-nun əməkdaşları Erasmus+ proqramı barədə məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı ilə bağlı “İnformasiya günü” keçirilib.
Tədbirin keçirilməsi “Erasmus+” proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar və onlara qəbul şərtləri barədə ali məktəb nümayəndələrini məlumatlandırmaq məqsədi daşıyıb.
Universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə “Erasmus+” proqramı üzrə milli ofisin rəhbəri Pərviz Bağırov Azərbaycanda bu proqramın əhəmiyyətindən danışıb. O, ali təhsil müəssisələrində həyata keçirilən təcrübə proqramları haqqında məlumat verib, müvafiq proqramlar çərçivəsində reallaşdırılan layihələr əsasında Azərbaycanın ali təhsil müəssisələrinin Avropa universitetləri ilə əlaqələrinin genişləndiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycanın ali təhsil məkanının beynəlxalq təhsil məkanına inteqrasiyası istiqamətində Avropa layihələrinin böyük rolu var.

Tehsil-press.az


Oxşar xəbərlər