Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib Dünyada koronavirusa yoluxanların sayı 325 milyonu keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 669 054 yoluxma halı və 6 916 ölüm halı qeydə alınıb.
Hazırkı dövrədək koronavirusa 326 279 424 nəfər yoluxub. Onlardan 5 536 609 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az



Oxşar xəbərlər