Dünyada ötən sutka koronavirusa 646 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada ötən sutka koronavirusa 646 mindən çox yoluxma qeydə alınıb - ÜST Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 646 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 646 863 nəfər yeni koronavirusa yoluxub, 10 712 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 134 957 021, ölənlərin isə 2 918 752 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər