Mikayıl Cabbarov 7 il əvvəlki rekordun təkrarlandığını açıqladı

Mikayıl Cabbarov 7 il əvvəlki rekordun təkrarlandığını açıqladı “2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyrineft sektorunda isə 7,2% artıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, pandemiyanın davam etdiyi şəraitdə postmüharibə dövrü olan 2021-ci ildə qeyrineft sektoru üzrə ÜDM-in artım tempinin 7%-dən çox olması mühüm nailiyyətdir.
M.Cabbarov əlavə edib ki, sonuncu dəfə bu göstərici 2014-cü ildə 7%-ə çatıb:
“BVF-nin oktyabrdakı proqnozuna görə, ötən il qlobal iqtisadiyyatda 5,9%, inkişaf etməkdə olan ölkələrdə isə 6,4% artım gözlənilsə də, iqtisadiyyatımızın prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər əldə olunub”.

Tehsil-press.az


Oxşar xəbərlər