Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub

Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub Pandemiya dövründə dünya iqtisadiyyatında geriləmə, çoxsaylı problemlər müşahidə olundu. 2021-ci ildə dövlətin düzgün və məqsədyönlü iqtisadi strategiyasının uğurla həyata keçirilməsi səbəbindən Azərbaycanın iqtisadi inkişaf dinamikası yüksəldi.
İqtisadi göstəricilərə nəzər salsaq, 2021-ci ildə iqtisadi artımın 5 faizdən çox olduğunu, qeyri-neft iqtisadiyyatının 7,2 faiz, qeyri-neft sənayesi 20 faizə yaxın, qeyri-neft ixracının isə 40 faizdən çox artdığını görərik. Həmçinin valyuta ehtiyatları 2,5 milyard dollar çoxalıb və xarici ticarət balansının saldosu müsbət - 10 milyard dollardan çox olub.
Ötən dövr ərzində milli valyutanın sabitliyi və ölkədə əlverişli investisiya mühiti təmin edilib. Xarici investorların maliyyə vəsaiti hesabına 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməlinin qoyulması bunu təsdiq edir.
Həmçinin Azərbaycanın tarixində ən böyük - 30 milyard manat təşkil edən büdcə təsdiq edilib.Bu uğurların əldə olunmasında həyata keçirilən iqtisadi və struktur islahatlarının böyük rolu olub. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığılıb. Biznes sahəsində yeni, şəffaf münasibətlərin, qaydaların tətbiq edilməsi iqtisadi sahədə uğurları daha da sürətləndirib.
İqtisadçı Vüqar Bayramov bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu oldu. Azərbaycan iqtisadiyyatı ötən il ərzində 5 faizdən çox artdı və ilk aylarda sərt karantin tədbirlərinin tətbiq olunduğunu nəzərə alsaq, bu kifayət qədər ciddi bir iqtisadi artım kimi xarakterizə olunur.
“Eyni zamanda 2021-ci ildə ən vacib məqamlardan biri iqtisadi artımın qeyri-neft sektoruna hesabına baş verməsidir. Belə ki, qeyri-neft sektorunda artım 7,2 faiz oldu bu isə ölkə üzrə artım faizindən daha çoxdur. Nəticədə bu ondan xəbər verir ki, qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilməkdədir. Bu da iqtisadi inkişafın dayanıqlılığı baxımından çox vacibdir. İqtisadi artım və iqtisadiyyatda islahatlar həm də fiskal büdcə gəlirlərinin proqnozlaşdırılandan daha çox olmasına imkan yaratdı. Ötən il dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların artması dövlət neft fondunun transflerə qənaət edilməsinə gətirib çıxardı. Nəticədə 2022-ci il üçün ən böyük büdəcinin proqnazlaşdıırlmasına imkan verdi ”,–deyə o bildirib.
V.Bayramovun sözlərinə görə, iqtisadiyyatın inkişaf etməsi, iqtisadi artım tempinin bərpası həm də 2022-ci il iqtisadiyyatı üçün nikbin proqnozlar və qiymətləndirilmə aparılmasına şərait yaradır.
“ Bir tərəfdən pandemiyanın nəzarətə götürülməsi və yoluxma sayının optimallaşdırılması ilə bağlı həyata keçirilən siyasət, digər tərəfdən qlobal pandemiyanın davam etməsinə baxmayaraq real sektorda iqtisadi artımın əldə edilməsi faktoru var və 2022-ci il üçündə BMT tərəfindən Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi proqnozlaşdırılır. Bu isə ondan xəbər verir ki, artıq 2020-ci ildəki pandemiyanın sərt təsirlərindən sonra Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub. Qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın liberalaşdırılması ilə bağlı aparılan islahatlar proqnozlaşdırılan daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaratdı.- deyə o vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər