“Miss ABŞ-2019” gözəllik müsabiqəsinin qalibi Çesli Krist Nyu-Yorkun mərkəzində özünü hündürmərtəbəli binadan ataraq intihar edib. Ç.Kristin cansız bədəni 60 mərtəbəli Orion binasının yaxınlığında tapılıb. Qızın özü binanın 9-cu mərtəbəsində yaşayırdı. Onu sonuncu dəfə 29-cu mərtəbənin terraslarının birində görüblər. Mərhum vida məktubunda bütün mal-mülkünü anasına vəsiyyət edib. O, intihar səbəbini açıqlamayıb. Məlumdur ki, Ç.Krist 2019-cu ildən ara-sıra psixoterapevt yanına gedirmiş. Tehsil-press.az