Salyanda üç bacının yeganə qardaşı özünü asdı

Salyanda üç bacının yeganə qardaşı özünü asdı Salyan şəhərinin “Plastik” yaşayış massivində intihar hadisəsi baş verib.
Ə.Quliyev küçəsindəki 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan 24 yaşlı Vüsal Nabil oğlu Abbasov özünü binanın çardağından asmaqla intihar edib.
Vüsal Abbasov ailədə 3 bacının yeganə qardaşı olub, rəngsaz işləyirmiş. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi müəyyən edilməyib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər