Argentinada 17 nəfər kokaindən zəhərlənərək ölüb

Argentinada 17 nəfər kokaindən zəhərlənərək ölüb Argentinada kokain zəhərlənməsi nəticəsində azı 17 nəfər ölüb, 56 nəfər isə xəstəxanaya yerləşdirilib.
Buenos-Ayres əyalətinin Səhiyyə Nazirliyi son 24 saat ərzində kokain zəhərlənməsi hallarının qeydə alındığı bələdiyyələrdəki səhiyyə məntəqələrinə təlimatlar göndərib. Telekanalın məlumatına görə, xəstəxanalar zərərçəkənləri qəbul etməkdə davam edir.
Qeyd edilir ki, insidentlə əlaqədar 10 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməliyyatı davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər