Argentinada ölkə daxilində COVID-19 ilə yoluxmanın ilk halları aşkar olunub

Argentinada ölkə daxilində COVID-19 ilə yoluxmanın ilk halları aşkar olunub Koronavirus ilə yoluxmanın ilk halları Argentinanın daxilində aşkarlanıb, xəstələnənlərin sayı kəskin artıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, virusun yaxın təmasda olan insanlara yerli ötürülməsi aşkar edilib.
Ölkədə çox sayda koronavirus xəstəsi olan ölkələrdən gələnlər üçün məcburi karantin tətbiq edilib:
"Bu gün Çako, Kordoba, Buenos Ayres, Entre Rios vilayətlərində və ölkənin paytaxtında COVID-19 ilə 10 yeni xəstələnmə halı təsdiqlənib. Bunlardan yeddisi insanların son zamanlar risk bölgələrinə getməsi ilə əlaqədardır, üç hal isə koronavirusa yoluxması təsdiqlənən insanlarla sıx təmasda olunmasıdır".
Beləliklə, xəstələnmə hallarının sayı 31-ə yüksəlib, 1 nəfər ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər